Xəbər lenti

NİDA-çıların məhkəməsi təxirə salındı
Ölkə09:22 31.01.2014

NİDA-çıların məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Qaynar.info
-nun verdiyi məlumata görə, məhkəmənin təxirə salınmasına səbəb Bəxtiyar Quliyevlə Məhəmməd Əzizovun vəkillərinin prosesdə iştirak etməməsi olub.

Vəkil Əsabəli Mustafayev kəskin hava şəraitinə görə məhkəmədə iştirak etməyib.

Məhəmməd Əzizovun vəkili Cavad Cavadov da hakimə etiraz olaraq məhkəməyə gəlməkdən imtina edib.

Proses fevralın 6-sı saat 10:30-a təyin olunub.

Qaynar.info