Xəbər lenti

Bu rayonlarda qaz olmayacaq
Ölkə07:00 28.01.2014

Bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 28 yanvar 2014-cü il tarixində saat 09:00-dan 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 09:00-dan 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.

Həmçinin bu gün saat 10:00-dan Bakının Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Quba rayonuna, saat 10:00-dan 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Bakının Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Qaynar.info