Xəbər lenti

Bakı metrosunda həyəcan
Ölkə06:30 22.01.2014

Bakı metrosunda həyəcan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qatar “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları arasında tuneldə dayanıb


Ötən gün Bakı Metropolitenində baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb. Qaynar.info nun “Axar.az” saytına istinadən verdiyi məlumata görə, “Həzi Aslanov” stansiyasından “Dərnəgül” stansiyasına hərəkətdə olan qatar “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları arasında tuneldə dayanıb. Hadisə saat 20:12 radələrində baş verib. Qatarın dayanması 12 dəqiqə çəkib.

Maşinist sərnişinlərə hadisənin texniki səbəblərdən baş verdiyini elan edib.


Qaynar.info