Xəbər lenti

Sabah 17 dərəcə isti olacaq
Ölkə08:41 18.01.2014

Sabah 17 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturunun gecə 2-5, günün I yarısında 10-15, axşama doğru 6-8 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntı ola bilər. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, bəzi yerlərdə 17 dərəcəyədək, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info