Respublika ərazisində havanın mülayimləşəcəyi gözlənilir
Sabah hava mülayimləşəcək. Respublika ərazisində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz, 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.