Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:50 21.12.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah havanın yağmursuz və mülayim olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info