Xəbər lenti

Bakıda sərnişin avtobusu qəza törətdi
Ölkə18:32 17.12.2013

Bakıda sərnişin avtobusu qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

133 saylı sərnişin avtobusu qara rəngli “Toyota Prado” markalı minik maşını ilə toqquşub

Bu gün saat 20.30 radələrində Binəqədidən Rəsulzadə qəsəbəsində gedən yolda 133 saylı sərnişin avtobusu qara rəngli “Toyota Prado” markalı minik maşını ilə toqquşub. ANS PRESS-in verdiyi məlumata görə, hadisə 3-cü mədən deyilən ərazidə baş verib.

Şahidlərin sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin Rəsulzadə qəsəbəsindəki növbətçi hissəsi hadisəni təqdiq edib. Hazırda qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.


Qaynar.info