Xəbər lenti

Yadigar Sadıqovun məhkəməsi təxirə salındı
Ölkə12:01 12.12.2013

Yadigar Sadıqovun məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat başqanının müşaviri, Yadigar Sadıqovun Lənkəran şəhər məhkəməsində növbəti məhkəmə iclası keçrilib.

Qaynar.info-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, məhkəmə təxirə salınıb: "Məhkəmə keçirilmədən təxirə salındı. Növbəti məhkəmə dekabrn 23 saat 15-ə təyin olunub".

Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də  Sadıqov onu döyüb. Yadigar Sadıqov isə bunun böhtan və siyasi sifariş olduğunu deyir. Kərimovun şikayəti əsasında Lənkəran rayon Polis İdarəsi Y. Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, noyabrın 5-də, saat 15:30-da Yadigar Sadıqovun işi ilə bağlı Lənkəran Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Növbəti məhkəmə isə noyabrın 12-si , saat 14:30-a təyin olunub. 

Qaynar.info