
Bakının mərkəzi yolunda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Qaynar.info-ya bildirilib ki, Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranıb.
Sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur.
Qaynar.info