
Prezident İlham Əliyev Elman Lütvü oğlu Mehdiyevin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elman Mehdiyev bu təyinatadək Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini vəzifəsində işləyirdi.
Modern.az saytının məlumatına görə, E.L.Mehdiyev 1971-ci ildə anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.
1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb.
1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib.
2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Evlidir, 2 övladı var.
Qaynar.info