Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə10:45 09.11.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında noyabrın 10-da gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info