Xəbər lenti

Üç gün iş olmayacaq
Ölkə17:14 08.11.2013

Üç gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib.

Bu barədə anspressə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

Onun sözlərinə görə, noyabrın 9-u şənbə gününə düşdüyündən onun əvəzində noyabrın 11-i qeyri-iş günü hesab ediləcək. Nəticədə vətəndaşlar noyabrın 9,10 və 11-də istirahət edəcəklər.

Azərbaycanda 6 günlük tədris sisteminə malik olan məktəblərdə isə noyabrın 11-i dərs günü olacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şənbə günü bayramla əlaqədar tətil olduğu üçün həftənin birinci günü 6 günlük məktəblərdə dərs günüdür.

Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. 

Qaynar.info