Xəbər lenti

Sabah qar yağacaq
Ölkə08:24 23.10.2013

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə isə sulu qara və qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.


Qaynar.info