
Bakı və Abşeron yarımadasında oktyabrın 23-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Lakin axşama doğru şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info