
Bakı və Abşeron yarımadasında oktyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 20-də arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info