
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.
Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.
Qaynar.info