Xəbər lenti

76 yaşlı qadını maşın vurdu
Ölkə16:00 02.10.2013

76 yaşlı qadını maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saat 05:30 radələrində Ağstafa rayon Dağkəsəmən kənd sakini 76 yaşlı Səadət Böyükkişiyeva Bakı-Qazax avtomagistralında yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, o, bir neçə saatdan sonra Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki,Ağstafa mərkəzi bazarında satıcı işləyən 76 yaşlı qadını vuran avtomobil hadisə yerindən qaçıb. Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.

Qaynar.info