Xəbər lenti

Sabah yağış yağacaq
Ölkə07:53 27.09.2013

Sabah yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 28-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturun gecə 15-18 dərəcə,  günün birinci yarısında 21-25 dərəcə, axşama 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 28-də  hava gün ərzində əsasən yağmursuz olacaq.  Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 12-17  dərəcə, gündüz 24-28 dərəcə isti, dağlarda gecə 5 -10 dərəcə, gündüz 15-20  dərəcə isti gözlənilir.

Qaynar.info