“Bakıdan Qərb istiqamətində hərəkət edən qatarlar da daxil olmaqla, bütün yerli və beynəlxalq istiqamətlərə hərəkət edən sərnişin qatarları yeni vaqonlarla təmin ediləcək. Rusiyaya təmir məqsədi ilə göndərilən 60 vaqonun artıq 46-sı təmir edilərək ölkəmizə gətirilib".
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovin Anspress-ə verdiyi açıqlama zamanı, tezliklə bütün vaqonların yeni təmir olunan vaqonlarla əvəz ediləcəyini bildirib. Onun sözlərinə görə Bakı-Balakən istiqamətində hərəkət edən qatarın bütün vaqonları yeniləri ilə əvəz edilərək reysə buraxılıb. N.Əzməmmədov təmir məqsədi ilə Rusiyanın Varonej şəhərinə göndərilən 16 ədəd köhnə vaqonların, artıq 6-nın təmir edilərək ölkəyə gətirildiyini də söyləyib .
Qeyd edək ki, hazırda 38-37 saylı Bakı-Tiblisi, 55-56 saylı Bakı-Moskva və 369-370 saylı Bakı- Xarkov sərnişin qatarları yeni təmir edilən vaqonlara əvəz edilib.