Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə07:51 25.09.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 17-19, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sentyabrın 26-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Qaynar.info