Xəbər lenti

Sabah Bakıda yağış yağacaq
Ölkə15:13 22.09.2013

Sabah Bakıda yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həftənin ilk iş günündə havanın dəyişkən buludlu keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 23-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Bakıda gecə 17-19, gündüz 21-23 dərəcə isti olacaqdır.

Azərbaycanın rayonlarında sentyabrın 23-də arabir yağış yağacağı gözlənilir.Gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq. Havanın temperaturu Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır. 

Qaynar.info