Xəbər lenti

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR
Ölkə04:28 18.09.2013

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycandan kənarda  öz bizneslərini qurub, milyardlar qazananazərbaycanlı milyarderlər  dəfələrlə "Forbes” jurnalının siyahısınadaxil edilib.

Mübariz Mənsimov, Araz Ağalarov, Vahid Ələkbərov, Telman İsmayılov busıradan olan milyarderlərdir. Həm biznesləri, həm də şəxsi həyatlarıdaim ictimaiyyətin diqqətini çəkən bu şəxslərin bəs xanımları nə iləməşğuldur?  Qeyd etməliyik ki, dünyanın digər milyarder şəxslərininhəyat yoldaşlarından fərqli olaraq azərbaycanlı milyarderlərin xanımlarıfəaliyyətləri ilə o qədər də diqqəti cəlb etmir.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı və "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun xanımı Tamara MənsimovaTürkiyənin ən cazibədar və zövqlü xanımlarından biri hesab edilir. Beləki, o, Türkiyə mətbuatının gündəmində daim getdiyi ziyafətlərdə geydiyipaltarlar və cəlbediciliyi, şarmı ilə diqqəti çəkir. Eyni zamandaməşhur iş adamının həyat yoldaşı Türkiyədə bir sıra fondlara etdiyiköməklə də diqqət mərkəzində olur.




"Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun xanımı Larisa Viktorovna Ələkbərovların ailəvi xeyriyyə fondunun direktorudur. 





Digər iş adamı, Rusiyada yaşayan "Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarova milliyyətcəyəhudidir. Həyat yoldaşının hər zaman dəstəyini aldığını qeyd edənİrina Ağalarovanın "Krokus siti molle”də hədiyyə və paltarlar mağazasıvar.





Rusiyada yaşayan iş adamı və AST Şirkətlər qrupunun prezidenti Telman İsmayılovun xanımı Samira İsmayılovadigər milyarder xanımlarından fərqli olaraq arxa planda qalmağaüstünlük verir. Samira İsmayılova hər hansı fəaliyyətinin olmaması ilədiqqət çəkib. Onun adı çəkildiyi iki  məlumat var. Birinci onun həyatyoldaşı tərəfindən içərisində böyük brilliant fili olan mücrü alması,digər isə Telman İsmayılovun həyat yoldaşı ilə məşuqəsinin eyni oteldəqalması xəbərləridir.





Modern.az