
Bakı Apellyasiya Məhkəməsində “REAL” (Respublikaçı Alternativ) Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib.