Xəbər lenti

Şimşək çaxacaq, yağış yağacaq
Ölkə05:12 19.09.2013

Şimşək çaxacaq, yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın bəzi əarzilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s, gündüz cənub-şərq küləyinin sürəti isə 8-13 m/s olacaq.

Havanın temperaturunun gecə 17-21, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yaxın iki gün ərzində hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 20-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi Aran rayonlarında havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.


Qaynar.info