Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə13:35 12.09.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabahdan etibarən Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 13-ü gündüzdən etibarən ölkə ərazisində yağışların kəsiləcəyi və temperaturun nisbətən yüksələcəyi gözlənilir.

Sabahdan etibarən havanın temperaturu son 2-3 günlə müqayisədə 1-2 dərəcə yüksələcək.

Qaynar.info