Sentyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-25, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlədə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.