
Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
On iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Qaynar.info