Xəbər lenti

Azərbaycan daha bir iş adamını beynəlxalq axtarışa verdi
Ölkə07:50 10.09.2013

Azərbaycan daha bir iş adamını beynəlxalq axtarışa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan məhkəməsi xorvatiyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Məlumatda qeyd edilir ki, Xorvatiya vətəndaşı, 34 yaşlı Damir Golac vergidən yayınmaqda ittiham olunur.

Azərbaycan məhkəməsi onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Damir Golac Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan bir çox əcnəbi iş adamını beynəlxalq axtarışa verib.

Qaynar.info