Xəbər lenti

Bu rayonlar qazsız qalacaq
Ölkə06:16 06.09.2013

Bu rayonlar qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 6-da saat 18:00-dək “Yaqublu”, “Goranboy”, ”Lək”, ”Yaşma”, saat 15:00-dan saat 18:00-dək  “Zığ”  qazpaylayıcı stansiyaları, saat 13:00-dək “Göygöl” ölçü qovşağı, saat 13:00-dək “Qaraçuxur ümumi” və təmir işləri başa çatanadək “30-cu sahə” QPS-də “Nizami ümumi” ölçü qovşağından qidalanan “Zavodlar” və “Nərimanov (30-cu sahə)” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
 
Təmir işləri aparılan müddətdə Bakının Nizami rayonunun Keşlə qəsəbəsinin Şanxay adlanan yaşayış sahəsi, Suraxanı rayonu, Xətai rayonunun Əbilov küçəsi, həmçinin Goranboy rayonu, Ucar rayonunun Lək və Xalac qəsəbələri, Xızı rayonunun Köhnə Yaşma kəndi, Oğuz şəhəri və Göygöl rayonuna təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info