Xəbər lenti

Jurnalistlər üçün müsabiqə elan edildi
Ölkə11:23 07.09.2013

Jurnalistlər üçün müsabiqə elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) jurnalistləri ayrı-ayrı müəllifləri və müəlliflər kollektivini “Sərsəng harayı” adlı müsabiqədə iştiraka dəvət edir.

Qaynar.info-nun məlumatına görə, bu barədə AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov məlumat verib.

Müsabiqədə əsas məqsəd Kütləvi İnformasiya Vasitələrinin (KİV), ölkə əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini işğal ounmuş Dağlıq Qarabağ ərazisindəki qəzalı vəziyyətdə olan Sərsəng Su Anbarının Azərbaycan rayonları üçün törətdiyi təhlükəyə cəlb etməkdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini gündəmdə saxlamaqdan ibarətdir.

Müsabiqənin qalibləri üçün pul mükafatları nəzərədə tutulub: I yer- 1000 manat, II yer- 750 manat, III yer- 500 manat.

Müsabiqədə nəşr, elektron və videomateriallarla iştirak etmək olar. İşlərin qəbulu dekabrın 10-da yekunlaşacaq. Müsabiqəyə dekabrın 20-də yekun vurulacaq. Qaliblərin mükafatlandırılması dekabrın 24-də baş tutacaq.

Qaynar.info