
Bakı şəhərində ev uçub.
Milli.Az-ın məlumatına görə, hadisə dünən saat 15:45-də Nəsimi rayonu, Topçubaşov küçəsi 157 ünvanında baş verib. Həmin ünvanda yaşayan 61 yaşlı Hamlet Alışovun 65 kvadratmetrlik evinin bir divarı uçub.
Nəsimi rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, uçqun zamanı xəsarət alan olmayıb. Evin uçmaması isə yararsız vəziyyətdə olması ilə bağlıdır.