Xəbər lenti

2 rayonda qaz olmayacaq
Ölkə06:57 26.08.2013

2 rayonda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Qaradağ və Şamaxı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 18:00-dək «Qobustan» və «Şamaxı» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

 Qeyd edək ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan və Şıxlar qəsəbələri, «Bağlar» massivi, həmçinin Şamaxı şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info