Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə06:53 24.08.2013

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Avqustun 25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.(Modern.az)