Xəbər lenti

Abituriyentlərin nəzərinə!
Ölkə10:32 21.08.2013

Abituriyentlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi sabah bitir. 
Bu baradə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, bu gün saat 15:00-a olan məlumata görə, 8247 nəfər ixtisas seçimi edib. Onlardan 2278 nəfər I qrup, 1187 nəfər II qrup, 4150 nəfər III qrup, 632 nəfər isə IV qrupa sənəd verən abituriyentlərdir.
Qeyd edək ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb. Həmin yerlərə ixtisas seçimi 22-dək internet vasitəsilə aparılacaq.
Qaynar.info