
Komissiyanın mətbuat xidmətindən Anspress-ə verilən məlumatda bildirilir ki, avqustun 25-də ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında şəkilsiz şəxsiyyət vəsiqəsi ilə (16 yaşı tamam olmayan abituriyentlər) iştirak edəcək abituriyentlər özləri ilə imtahana təhsil aldıqları məktəbin möhürü ilə təsdiq olunmuş şəkilli arayış da gətirməlidirlər.
Qaynar.info