Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda günün birinci yarısında hava qısa müddətə tutulacaq. Mülayim şimal küləyi əsəcək. Temperatur gecə 20-24, gündüz 30-35 dərəcə olacaq.
Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Lakin gün ərzində əsasən yağmursuz keçəcək.
Temperatur aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə olacaq. Dağlarda isə gecə 10-15, gündüz 22-27 dərəcə isti gözlənilir.