Xəbər lenti

Bakıda aksiya olacaq
Ölkə09:24 06.08.2013

Bakıda aksiya olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bir qrup ehtiyatda olan zabit avqustun 10-da saat 15:00-da ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Bu barədə SalamNews-a “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli məlumat verib.

Onun sözlərinə görə, aksiya hərbçilərin xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini uzun illər ərzində icra etməkdən imtina edən ölkə müdafiə naziri Səfər Əbiyevin amerikalı həmkarı Çak Heygel tərəfindən təntənəli surətdə qarşılanmasına etiraz məqsədi daşıyır.

Ekspert bildirib ki, S.Əbiyev vəzifədə olduğu 19 il ərzində hərbi qulluqçuların ziyanına olan xeyli qərar qəbul edib: "Bu məsələləri dəfələrlə geniş şəkildə ictimailəşdirmişik, bu problemlərin həll olunmasına köməklik göstərilməsi məqsədilə ABŞ səfirliyinə də müraciətlər etmişik. Buna baxmayaraq, həmin problemlər bu günə qədər öz həllini tapmayıb. Bu səbəbdən ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırıq. Artıq aksiyanın keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlamışıq".

Qaynar.info