Xəbər lenti

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var
Ölkə06:10 06.08.2013

Bakıda dəhşətli qəza: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ağır yol qəzası baş verib.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 23:45 radələrində Məmməd Araz küçəsi, 66 ünvanında yerləşən evin qarşısında 1991-ci il təvəllüdlü Musazadə Rza Tahir oğlu idarə etdiyi "90-RF-341" dövlət qeydiyyat nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək maşının qabaq hissəsini hasara, sağ tərəfini isə elektrik dirəyinə çırpıb.

Nəticədə avtomobildə olan sərnişin, 1988-ci il təvəllüdlü Kazımov Rəşad hadisə yerində ölüb.

Digər sərnişin, 1989-cu il təvəllüdlü Xəlilov Xəyyam və sürücü Musazadə Rza xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Qaynar.info