Xəbər lenti

Bayram namazı nə vaxt qılınacaq?
Ölkə07:15 06.08.2013

Bayram namazı nə vaxt qılınacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq. 
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqrustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq. 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.
Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.
Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir. 
Qaynar.info