
Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Qaynar.info