Xəbər lenti

Bakıda və bölgələrdə qaz olmayacaq
Ölkə10:03 26.07.2013

Bakıda və bölgələrdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Saatlı, İmişli, Şəki, Zaqatala, Lənkəran, Qazax rayonunun bir hissəsinə, həmçinin Bakının şəhərinin Suraxanı rayonu və Xətai rayonunun Əhmədli qəsəbəsinə, Sabunçu rayonunun Ramanı qəsəbəsinə, təbii qazın verilişində fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 18:00-dək «Zaqatala», 19:00-dək «Saatlı» və «İmişli» qazpaylayıcı stansiyaları, «Əlillər evi» ölçü qovşağında, «Cəfərabad» avtomatik qazpaylayıcı stansiyasında, 18:00-dək «Lənkəran» ölçü qovşağından qidalanan «Əhali» orta təzyiqli qaz kəmərində, «Əskipara» avtomatik qazpaylayıcı stansiyasından qidalanan «Əskipara-1» ölçü qovşağında, «Qazaxbəyli» avtomatik qazpaylayıcı stansiyasında qaz verilməsi məhdudlaşdırılacaq.

Eyni zamanda saat 19:00-dək «Əhmədli» qazpaylayıcı stansiyasından qidalanan «Əhmədli» qaz kəmərində, «Ramanı» qazpaylayıcı stansiyasından qidalanan «Ramanı» ölçü qovşağında, saat 15:00-dək isə «Yeni Suraxanı», «Bahar», «Qaracuxur» qazpaylayıcı stansiyaları, «Xəzər-N» və «Şüşə sexi» ölçü qovşaqlarında da təbii qaz təchizatı dayandırılacaq.

Qeyd edək ki, qazın kəsilməsi aparılan təmir işləri ilə əlaqədardır.

Qaynar.info