
Bu gün saat 12:00 radələrində Bakıda, Neftçilər metrostansiyasının yaxınlığında, Elşən Süleymanov küçəsində yerləşən 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın binanın 5-ci mərtəbəsində baş verib. Məlumat daxil olan kimi hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.