Xəbər lenti

İlham Əliyev sərəncam imzaladı
Ölkə14:21 04.07.2013

İlham Əliyev sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 15 mln. manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qaynar.info