Xəbər lenti

Prezident fərman imzaladı
Ölkə14:23 02.07.2013

Prezident fərman imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilib. “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” də təsdiq edilib. Nazirlər Kabinetinə “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni 3 ay müddətində təsdiq edib və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verib.

Qaynar.info