Xəbər lenti

Zakir Qaralovdan yeni təyinat
Ölkə13:44 02.07.2013

Zakir Qaralovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın üç rayonuna yeni prokuror təyin olunub

Prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.