
Dünən həbs olunaraq Lənkəran Rayon Polis İdarəsində saxlanılan Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi gələn həftəyə saxlanılıb. Bu barədə Qaynar.info-ya Müsavatın Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlu məlumat verib.
Onun sözlərinə görə, məhkəmə bu gün keçirilməli idi, ancaq hansısa səbəbdən məhkəmə təxirə salınıb: "Qanuna görə şübhəli şəxs qismində saxlanılan şəxsin məhkəməsi 72 saat müddətində keçirilməlidir. Amma bunlar məhkəməni gələn həftənin bazar ertəsinə kimi gecikdirmək istəyirlər. Bu da qanuna ziddir. Görünür, ya hansısa plan ətrafında düşünür, ya da rayondakı gərginliyi yumşaltmaq məqsədi ilə bunu edirlər".
Müsavatın Masallı Rayon Təşkilatının sədri Yadigar Sadıqovun səhhətində də problem olduğunu dedi.
Qaynar.info