Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə həvalə olunub. Qaynar.info