Xəbər lenti

Müdafiə Nazirliyindən parad açıqlaması
Ölkə12:05 25.06.2013

Müdafiə Nazirliyindən parad açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyi iyunun 26-da Bakıda keçiriləcək paradla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə sabah Azadlıq meydanında keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev verəcək.

Qaynar.info