Xəbər lenti

DİN məlumat yaydı
Ölkə09:13 14.06.2013

DİN məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 13-də saat 11.20 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Seymur Həşimovun idarə etdiyi "Dodge-Duranqo" markalı avtomaşınla Sumqayıt şəhər sakini Böyükağa Tahirovun 205 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı sərnişin avtobusu toqquşub. 

Qaynar.info Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, nəticədə S. Həşimov hadisə yerində ölüb, xəsarət alan sərnişini, həmyerlisi Qurban Nurəliyev, habelə B. Tahirov və sərnişinləri - Bakı şəhər sakinləri Səyyarə Səfərova, Reyhan Səlimova, Sevinc Ələkbərova, Zaur Allahverdiyev, Xanım Hüseynzadə, Lerik rayon sakini Vasif Vəliyev və Sabirabad rayon sakini Adil Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Səbail RPİ tərəfindən araşdırma aparılır.