
Azercell-in Barama İnnovasiya mərkəzinin dəstəyilə Bakıda ilk dəfə qlobal formatlı “Start-up Weekend” tədbiri keçirilib.
7-9 iyun tarixlərində baş tutmuş tədbirin məqsədi buyarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq artıq işlək halda təqdim etməsidir.
Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar bu sahədə xüsusi peşəkarlar tərəfindən təlimatlandırıldı.Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalar da biraraya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar etdilər.
Məlumat üçün bildirək ki,“Baku Start-up Weekend” müstəqil mütəxəsislər tərəfindən və Start-up Weekend qlobalforumu tərəfindən təşkil edilir. “Start-up Weekend” proqramı start-up yaradılması və dünya sahibkarların maarifləndirməsində aparıcı katalizatorlardan biridir. Məqsəd sahibkarları maarifləndirmək və həvəsləndirmək, onlara start-upların yaradılmasında zəruri motivasiya və bilgiləri təqdim etməkdir.
Qeyd edək ki,“Start-up Weekend” dünyada 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilib və bu foruma ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib.
Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaradılaraq uğurla fəaliyyət göstərməkdədir.
“Baku Start-up Weekend” haqqında daha ətraflı məlumatı http://baku.startupweekend.org ünvanından əldə edə bilərsiniz.
Qaynar.info